Bakı. Trend:
24.08.2025-ci il tarixində saat 11:50 radələrində RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu,"Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsiilə bağlı çağırış daxil olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.
Bildirilib ki, çağırış əsasında 3 təcili tibbi yardım briqadasıünvana cəlb olunub.
"Təcili tibbi yardım briqadasına ümumilikdə, 13 nəfərin (hərbiri kişi cinsli) müraciəti qeydə alınıb.
Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki TibbiMərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üçşəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbixidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərambulator müalicə üçün evə buraxılıblar.
Digər 10 nəfərə isə təcili tibbi yardım briqadası tərəfindənyerində tibbi yardım göstərilib",- deyə məlumatda qeyd edilib.