Fransanın Finistere departamentində “Morane 29” helikopteri yanğınla mübarizə apararkən gölə düşüb. Pilot yanğınsöndürən ekipajı sağ-salamat kabinədən çıxarmağa müvəffəq olub və o, sağ qalıb.
Referans oxu.az-a istinadən bildirir ki, bu barədə “Le Parisien” qəzeti məlumat verib.
“Su götürərkən helikopter suyun səthinə toxunub və bu da onun gölə düşməsinə səbəb olub”, – deyə məlumatda bildirilir.
Səlahiyyətlilər ekipajın sağ-salamat sahilə qayıtdığını bildiriblər.
Qeyd edək ki, “Morane 29” helikopteri 2023-cü ildən yanğının söndürülməsi üçün istifadə olunur. Bu yay o, 33 uçuşda iştirak edib və 154 su əməliyyatı həyata keçirib ki, bu da onlarla yanğının söndürülməsinə kömək edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта