Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə ABF məlumat yayıb.
Bildirilib ki, Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.
Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.