RU

Əjdər Cəfərov müşavir təyin edildi

Tanınmış güləş hakimi Əjdər Cəfərovun Azərbaycan Badminton Federasiyasında təyinatı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Federasiyanın rəsmi saytı məlumat yayıb.

Belə ki, Əjdər Cəfərov Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin olunub.

Qeyd edək ki, Cəfərov Əjdər Xosrov oğlu 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.

O, 2010 - Sinqapur Yeniyetmələrin Yay Olimpiya Oyunları, 2012 - London Yay Olimpiya Oyunları və 2014-cü ildə keçirilən Nanjing Yeniyetmələrin Yay Olimpiya Oyunlarında hakimlik edib.

Избранный
51
4
publika.az

10Источники