RU

Elmi dərəcə verilməsindən imtina edilən şəxslərin sayı açıqlandı

2025-ci ilin I yarısında elmi dərəcələrin verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı statistika açıqlanıb.

 

MilliYol.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.

 

Məlumata görə, ümumilikdə 285 nəfərə fəlsəfə doktoru, 51 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verilib. Eyni zamanda, 141 nəfərə fəlsəfə, 14 nəfərə isə elmlər doktoru elmi adının verilməsindən imtina edilib.

 

Ən çox fəlsəfə doktoru dərəcəsi alan sahələr filologiya (52 nəfər), iqtisad (46 nəfər), tibb (32 nəfər) və texnika elmləri (27 nəfər) olub.

 

Elmlər doktoru üzrə isə filologiya elmləri (8 nəfər), tibb elmləri (7 nəfər) və texnika elmləri (7 nəfər) üstünlük təşkil edib.

 

Beləliklə, bu ilin birinci yarısında ümumilikdə 336 nəfərə elmi dərəcə verilib, 155 nəfərə isə elmi ad verilməsindən imtina edilib.

 

Избранный
6
8
milliyol.az

9Источники