Azərbaycan Badminton Federasiyasında (ABF) yeni təyinat olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABF məlumat yayıb.
Bildirilib ki, Əjdər Cəfərov ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri təyin edilib.
Əjdər Cəfərov 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, idman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.