RU

Azərbaycan maraqlı hadisə: Hakim evində kirayə qalan qadının işindən imtina etdi

Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində baş verib.

Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.

Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.

Eyni zamanda məhkəmənin sədri olan hakim etirazında yazır ki, Neftçala rayonunda evi olmadığı üçün hər ay 320 manat ödəməklə təqsirləndirilən şəxsin mənzilində kirayə qalıb. Buna baxmayaraq son günlərə qədər ev sahibinin​ hansısa cinayətdə ittiham olunduğunu bilməyib. Bunun da əsas səbəbi təqsirəndirilən şəxsin istintaq müddətində azadlıqda olmasıdır. Məsələdən xəbər tutan kimi mənzildən köçüb. Sözügedən cinayət işi isə elektron məhkəmə sistemində təsadüfü bölüşdürmə zamanı onun icraatına düşüb.

Şirvan Apellyasiya Məhkəməsi obyektivlik baxımından etirazı əsaslı hesab edib. İş Neftçala Rayon Məhkəməsinin icraatından alınaraq ərazi baxımından ən yaxın olan Salyan Rayon Məhkəməsinə göndərilib.

Избранный
23
16
milliyol.az

10Источники