RU

Britaniyada helikopter qəzaya uğrayıb

Böyük Britaniyanın Uayt adasında dəniz kənarındakı kurort şəhərinə yaxın ərazidə helikopter qəzaya uğrayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir.

İlkin məlumata görə, helikopter bu gün səhər saatlarında Uayt adasının cənub-şərq sahilindəki şəhərin yaxınlığında bir sahəyə düşüb.

Hazırda helikopterin göyərtəsində olanların və xəsarət alanların sayı barədə məlumat yoxdur.

Избранный
37
3
operativmm.az

4Источники