RU

Putin Pezeşkianla telefonla danışdı: Cənubi Qafqaz əsas müzakirə mövzusu oldu

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kreml xəbər yayıb.

V.Putin Ankoricdə keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib.

Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.

İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.

İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.

Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.

Избранный
41
3
veteninfo.az

4Источники