"Qarabağ"ın Bakıda Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri tükənir.
Sportinfo.az xəbər verir ki, çox az sayda bilet qalıb.
Klubun avqustun 23-də açıqladığı məlumatda 30 minə yaxın bilet satıldığı əksini tapmışdı.
"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Arena 31 200 azarkeş tutumuna malikdir.
Komandalar arasında Macarıstanda gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.