RU

QMİ sədri İranın yeni səfirini qəbul etdi

BAKI, 25 avqust. TELEQRAF
Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiriMüctəba Dəmirçilunu qəbul edib.

Bu barədə Teleqraf-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.

QMİ sədri bildirib ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Xankəndi Zirvəsində bir araya gəlməsi mühüm əhəmiyyət kəsb edən tarixi hadisələrdir və inşallah, ölkələrimiz arasında münasibətlərin daha artıq müsbət təkamülünə, əməkdaşlığın dərinləşməsinə təkan olacaq.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Şeyxülislam A. Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
QMİ sədrini ad günü münasibətilə təbrik edən cənab M. Dəmirçilu qeyd edib ki, İran İslam Respublikasında Şeyxülislam A. Paşazadəyəböyük ehtiram bəslənilir. O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib, İslam Əməkdaşlıq Təşkilatı xəttilə Həzrəti Peyğəmbərimiz Mühəmməd Salavatullahın mövludunun 1500 illiyinin qeyd olunması çərçivəsində İranda baş tutacaq tədbir barədə məlumat verib. Səfir M. Dəmirçilu COP 29 çərçivəsində Bakıda Dini Liderlərin Zirvə görüşünü mühüm tədbir olaraq yüksək dəyərləndirib həmin və tədbirdə İranı ağayi Şəhriyarinin təmsil etməsini məmnunluqla qeyd edib.
Qəbul zamanı dünyada və regionumuzda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulanıb, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olunub.

Избранный
62
5
teleqraf.com

10Источники