RU

Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

Bakı: Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd TəsərrüfatıTəşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin iyulayında orta hesabla 130.1-a bərabər olub. Bununla da ərzaqqiymətləri indeksi iyun ayı ilə müqayisədə 1.6%, ötən ilin müvafiqdövrü ilə müqayisədə isə 7.6% artıb.

Trend-inrəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində ət və bitkiyağları üzrə qiymət indeksi artıb, şəkər və taxıl məhsulları üzrəisə azalıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla106.5 bənd təşkil edib:

  • İyun ayına nisbətən 0.8 bənd (0.8 %) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.2 bənd (3.8%)azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsassəbəbləri:

  • Şimal yarımkürəsində yüksək mövsümi tədarük fonunda buğdaqiymətinin azalması;
  • Sorqo qiymətinin azalması;
  • Düyü qiymətinin azalması.

BİTKİYAĞLARI

Bitki yağı Qiymətləri İndeksi iyul ayında orta hesabla 166.8bənd təşkil edib:

  • İyun ayına nisbətən 11.1 bənd (7.1 %) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.8 bənd (23.6%)artıb.

Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Beynəlxalq palma yağı qiymətləri qiymət rəqabət qabiliyyətininartması fonunda qiymətinin artması;
  • Amerika Birləşmiş Ştatlarında bioyanacaq sektorundan dahayüksək xammal tələbi gözləntilərinin təsiri fonunda soya yağınınqiymətinin artması.

ƏTMƏHSULLARI

Ət Qiyməti İndeksi iyul ayında orta hesabla 127.3 bənd təşkiledib:

  • İyun ayına müqayisədə 1.5 bənd (1.2 %) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 bənd (6.0%)artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksəktələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb vəOkeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətininartması;
  • Braziliya ixrac qiymətlərinin artması fonunda quş ətiqiymətinin artması.

SÜDMƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi iyul ayında orta hesabla155.3 bənd təşkil edib:

  • İyun ayı ilə müqayisədə 0.2 bənd (0.1%) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.4 bənd (21.5%)artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsassəbəbləri:

  • Okeaniya aşağı kotirovkalar fonunda kərə yağı qiymətininazalması;
  • Okeaniyadan geniş ixrac tədarükü və xüsusilə Çin və digər əsasAsiya bazarlarından idxal tələbinin azalması fonunda tam və yağsızsüd tozu qiymətlərinin azalması.

ŞƏKƏR

Şəkər Qiymət İndeksi iyul ayında orta hesabla 103.3 bənd təşkiledib:

  • May ayına nisbətən 0.2 bənd (0.2 faiz) azalıB;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2 bənd (13.5 %)azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsassəbəbləri:

  • 2025/26 -cı illərdə qlobal şəkər istehsalının mümkün bərpasıilə bağlı ilkin proqnozlar fonunda şəkər qiymətinin azalması;
  • Hindistan və Taylandda gözləniləndən yüksək hasilatgözləntiləri fonunda şəkər qiymətinin azalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləriindeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,8 faiz, ocümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,6faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilənödənişli xidmətlər üzrə 107,3 faiz təşkil edib.

Təkcə 2025-ci ilin iyul ayında isə ölkədə istehlak qiymətləriindeksi iyun ayı ilə müqayisədə 99,9 faizə bərabər olub.

Избранный
488
2
az.trend.az

10Источники