Taekvondo üzrə uşaqlar arasında Azərbaycan birinciliyi keçiriləcək.
İdman.biz xəbər veirr ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Yarış sentyabrın 4-5-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutacaq.
Turnirdə 2014, 2015 və 2016-cı illər təvəllüdlü oğlan və qızlar aşağıdakı çəki kateqoriyaları üzrə medallar uğrunda mübarizə aparacaqlar.
İdman.biz