RU

Velosiped zolağını bağlayan taksi sürücüsü istifadəçiləri təhlükəyə atdı VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Nəsimi rayonu, Mirzəağa Əliyev küçəsində qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 24-də günorta saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyətiylə məşğul olan 90-YJ-645 dövlət nömrə nişanlı “FAW” markalı avtomobilin sürücüsü maşını velosiped zolağında park edib. Nəticədə o, zolaqdan istifadə edən velosiped və skuter sürənlərin yolunu kəsib və onları təhlükəyə atıb. Kadrdan da göründüyü kimi, ərazidən skuterlə keçən şəxs avtomobillərin hərəkətdə olduğu yola çıxmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, izləyici sözügedən sürücünün maşını uzun müddət zolaqda saxladığını əlavə edib. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
34
avtosfer.az

1Источники