RU

"Neftçi" xorvatiyalı basketbolçunu heyətinə qatıb

"Neftçi" basketbol komandası daha bir legionerin transferini rəsmiləşdirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, xorvatiyalı basketbolçu Toni Perkoviç növbəti mövsümdə Bakı təmsilçisinin şərəfini qoruyacaq.

27 yaşlı müdafiəçi 2016–2019-cu illərdə Xorvatiyanın tanınmış "Sedevita" klubunda çıxış edib. O, həmçinin karyerası ərzində "Split" və "Orleans" klublarının uğurları üçün çalışıb. Son mövsümü isə İtaliyanın "Forli" klubunda keçirib.

Qeyd edək ki, Toni Perkoviç Xorvatiya millisinin heyətində də çıxış edib.

Избранный
16
6
90deqiqe.az

10Источники