RU

"Araz-Naxçıvan"ın ÇL üçün səfər planı bilindi

Ölkəmizi futzal üzrə Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan"ın ilkin mərhələnin oyunları üçün Avstriyaya səfər planı müəyyənləşib.

Məlumatı Fanat.Az-a klubun vitse-prezidenti Mahmud Sadıqov çatdırıb.

Ölkə çempionu səfərə bu gecə yola düşəcək. Nümayəndə heyəti saat 02:35-də Azərbaycanı tərk edəcək. Bakı-İstanbul-Vyana reysi ilə yola çıxacaq komanda Avstriyanın paytaxtından oyunun keçiriləcəyi Linz şəhərinə 2 saatlıq məsafəni avtobusla gedəcək.

Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupda "Araz-Naxçıvan"ın rəqibləri "Sparta Belfast" (Şimali İrlandiya), "PYF Saltires" (Şotlandiya) və "Ljuti Krajişniçi" (Avstriya) olacaq. Rusiyalı Yevgeni Kukseviçin baş məşqçisi olduğu naxçıvanlılar ilk oyununu 27 avqustda Şimali İrlandiya çempionuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mirağa

Избранный
21
fanat.az

1Источники