RU

Trampın Ukrayna planında qeyri-müəyyənlik davam edir

ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən doqquz gün keçsə də, Ukrayna müharibəsinin həllinə dair real irəliləyiş müşahidə olunmur.

Editor.az xəbər verir ki, bu barədə The New York Times yazıb.

Nəşrin məlumatına görə, Tramp dəfələrlə bildirib ki, müharibənin dayandırılması üçün Ukrayna və Rusiya prezidentlərinin birbaşa görüşü vacibdir. Lakin son günlərdə o, bu mövzuda ziddiyyətli mövqe sərgiləyib.

“Bəzən Tramp özünü vasitəçi kimi təqdim edir, guya Putindən güzəştlər almağa və sonra Volodimir Zelenskini ərazi güzəştlərinə gedərək razılaşma imzalamağa məcbur edə bilər. Digər hallarda isə o, Ukraynanın müttəfiqi kimi çıxış edir və ölkəni gələcək hücumlardan qorumağa söz verir”, – məqalədə qeyd olunub.

//Samir Qurbanov, Editor.az

Избранный
12
editor.az

1Источники