RU

Premyer Liqa: “Zirə” ilk qələbəsini Qəbələdə qazandı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Qəbələ” “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçiriləcək oyunu İnqilab Məmmədov idarə edib. Premyer Liqanın yeni mövsümünə heç-heçə ilə start vermiş komandalar bu dəfə ilk qələbələrini qazanmağa çalışıblar. Üç qolun qeydə alındığı oyunda “Zirə” səfərdən 3 xalla qayıtmağa nail olub.

Maraqlıdır ki, bunadək “Qəbələ” ilə səfərdə 17 matç keçirmiş “Zirə” yalnız bir dəfə qələbə qazanmışdı. Həmin 3 xal 9 il öncə – 2016-cı ilin martında əldə edilmişdi. Ondan sonra baş tutmuş 15 dueldə meydan sahibləri ya qələbə, ya da heç-heçə ilə yadda qalmışdılar.

Premyer Liqa
2-ci tur
25 avqust

“Qəbələ” – “Zirə” 1:2
Qollar: Nicat Əliyev, 16 – Ceyhun Nuriyev, 31; 45+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
Qəbələ şəhər stadionu, 19:00.

Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo. 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namiq Ələsgərov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 26. Stefan Akka, 28. Leroy Mikels, 93. Brahim Konate, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Избранный
28
16
arena.az

10Источники