Ajans.az “Bild” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevə səfəri zamanı bildirib. Vitse-kansler deyib: “Almaniya hakimiyyətinin Ukraynaya dəstəyi davam edəcək. Ukraynaya hər il doqquz milyard avro məbləğində dəstək verəcəyik".

Qeyd edək ki, Almaniya 2022-ci ilin fevral ayının sonundan bəri Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.