RU

Tramp: ABŞ Ukraynaya birbaşa maliyyə yardımı göstərməyəcək, amma sülh prosesini dəstəkləyəcək

ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibə ilə bağlı yeni bəyanatlarla çıxış edib.

Editor.az xəbər verir ki, o bildirib ki, Rusiya ilə müharibəni dayandırmaq mümkündür, lakin proses “ciddi şəxsi münaqişələr” səbəbindən gözlənildiyindən daha çətin olub.

Trampın sözlərinə görə, müharibənin sonunda dayandırılacağına şübhə yoxdur, lakin təhlükəsizlik zəmanətlərinin detalları hələ müzakirə edilməyib.

“Avropa ölkələri Ukraynaya əhəmiyyətli təhlükəsizlik zəmanətləri verməyə hazırlaşırlar və bu, onların qitəsi olduğu üçün onların öhdəsinə düşür. ABŞ isə bu prosesdə dəstək baxımından iştirak edəcək. Əgər razılıq əldə olunsa, biz sülhü qorumağa kömək edəcəyik. Mən istəyirəm ki, insanlar artıq ölməsinlər”, – deyə Tramp vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
26
editor.az

1Источники