RU

Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırmanın başa çatacağı tarixi açıqlayıb

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma 2026-cı ilin ortalarına qədər başa çatacaq.

"Report"un məlumatına görə, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Ağ Evdə ölkə prezidenti Donald Trampla birlikdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Gözləyirəm ki, araşdırma 2026-cı ilin ortalarına qədər başa çatacaq, bu, məsələyə nə qədər diqqətlə yanaşmağımızla bağlıdır. Ümid edirəm ki, bu bir qədər tez baş verəcək, lakin nəyin baş verdiyini anlamaq üçün hər şeyi araşdıracağıq", - deyə Pentaqon rəhbəri deyib.

Onun sözlərinə görə, cari ilin mayında başlanan araşdırma "daha dərin təhqiqatın tələb olunduğunu" göstərib.

Избранный
31
50
report.az

10Источники