RU

Ukrayna Çexiyanın təşəbbüsü ilə bir milyondan çox artilleriya mərmisi alıb

BAKI, 26 avqust. TELEQRAF

Ukrayna Çexiyanın təşəbbüsü ilə yaradılmış sursat tədarükündə iştirak edən ölkələrdən bir milyondan çox artilleriya mərmisi alıb.

Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Onun sözlərinə görə, Ukrayna ötən il 16 iştirakçı ölkədən 1,5 milyon ədəd iriçaplı sursat alıb. Bu ilin sonunadək ötürülən sursatların ümumi sayı 1,8 milyon mərmiyə çatacaq.

“Sursat tədarükü təşəbbüsümüz sayəsində Rusiya artilleriyasının döyüş meydanında üstünlüyünü 5 dəfə azaltdıq”, - nazir bildirib.

Çex diplomatiyasının rəhbəri Rusiyanı ən böyük və ən yaxın təhlükə adlandırıb.

Избранный
4
1
teleqraf.com

2Источники