RU

Hüseynov sonadək oynadı, “Arda” səfərdə “Slaviya”ya uduzdu

Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" 6-cı turda səfərdə "Slaviya" ilə qarşılaşıb.

Sofiyada keçirilən qarşılaşma "Slaviya"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətdə meydana çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.

"Arda" mövsümdə ikinci dəfə uduzub və 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.

Избранный
98
6
sportinfo.az

10Источники