RU

Nyukasl gürcü forvardın yolunu gözləyir RƏSMİ

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Tezliklə "Nyukasl"a yeni futbolçu qoşulacaq. 

Fanat.Az xəbər verir ki, klub gürcü hücumçu Vaxtanq Saliyanın gəlişini gözləyir. 

Komandanın rəsmi saytı bu barədə məlumat yayıb. Xatırladaq ki, gənc futbolçu ötən ilin payızında İngiltərə klubu ilə razılığa gəlib. Sadəcə, həmin vaxt Saliyanın 18 yaşı tamam olmadığından, onun "Nyukasl"da bu yay oynaya biləcəyi bildirilmişdi. Hücumçu doğum gününü avqustun 30-da qeyd edəcək. Gürcü futbolçu artıq Tbilisi “Dinamo”sunun futbolçuları və azarkeşləri ilə vidalaşıb. 

Saliya ötən mövsüm Gürcüstan klubunun heyətində 22 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 800 min avro qiymətləndirir.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
fanat.az

1Источники