RU

İnsan alverçisi olan qadın yenidən məhkəmə qarşısında

İnsan alverində təqsirləndirilən Təranə İsmayılova yenidən məhkəmə qarşısına çıxarılır.


Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Cəzasının yüngülləşdirilməsini istəyən qadının şikayəti Ali Məhkəmədə araşdırılacaq.
 

Qeyd: Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.
 

Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.
 

Kamal Məmmədov 






Tarix: 26 Avqust 2025, 09:15   
Избранный
11
pravda.az

1Источники