“Avropa İttifaqına daxil olmaq Serbiyanın əsas xarici siyasət məqsədlərindən biri olaraq qalır”.
Editor.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vucic Euronews telekanalına müsahibəsində deyib.
“Mən ölkəyə rəhbərlik etdiyim müddətdə Serbiya lazımi islahatları qətiyyətlə həyata keçirərək öz Avropa yolu ilə irəliləməyə davam edəcək”,- o deyib.
O, Aİ üzvlüyünün Serbiya üçün prioritet olaraq qaldığını və ölkənin ora aid olduğunu vurğulayıb.
Vuçiç Rusiya prezidenti Vladimir Putinlə münasibətlərdən də danışaraq bunların doğru olduğunu deyib. O, bəyan edib ki, Rusiya lideri Ukraynadakı münaqişəni diplomatik yollarla dayandırmağa hazırdır. Vuçiç həmçinin bildirib ki, Belqrad Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün sülh danışıqlarını qəbul etməyə hazırdır. Serbiya hər iki tərəf üçün yaxşı qonaqpərvərlik və çox təhlükəsiz yer təmin edə bilər.
//Gülnarə Abasova, Editor.az