Xorvatiya çempionatında 4-cü turun matçları keçirilib.
Sportinfo.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” “Riyeka” ilə qarşılaşıb.
Abdullazadənin komandası son Xorvatiya çempionunu səfərdə məğlub etməyi bacarıb.
Görüş “Varajdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət 68-ci dəqiqədə meydana daxil olub.
“Varajdin” 5 xalla 5-ci pillədədir.