Ölkəsində xarici agent elan edilən rusiyalı politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində olmadığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.
Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.
O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.