RU

Psixoloji problemləri olan yeniyetmə onu təhqir edən azyaşlı qonşusunu döydü - HÖKM

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.


İttihama görə, 2006-cı il təvəllüdlü, II qrup əlil Mahir Bəkirov qonşuluqda yaşayan 2012-ci il təvəllüdlü, zərərçəkmiş Sakit Yusifova (adı, soyadı şərtidir) xəsarət yetirib.


Cinayət materiallarında qeyd edilib ki, zərərçəkmiş onu əvvəllər də psixi xəstəliyi ilə əlaqədar dəfələrlə təhqirlərə məruz qoyub. Mahir buna narazılığını bildirdikdə Sakit onu 18 iyun 2024-cü il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində təkrarən təhqir edib. Bundan əsəbiləşən Mahir qəsdən qisas almaq üçün həmin vaxt velosipedə əyləşmiş vəziyyətdə olan zərərçəkmiş şəxsin bədəninin sol tərəfindən yumruqla vurub. Sonra o, velosipedin üstündən yerə yıxılan Sakiti təpikləyib. Nəticədə zərərçəkmişin daxili qanaxma ilə müşayiət olunan dalağı cırılıb.


Hadisədən sonra Mahir Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


KamalMəmmədov 

Tarix: 26 Avqust 2025, 09:28   
Избранный
8
3
pravda.az

4Источники