RU

"Mançester Yunayted"in kamerunlusu La Liqa yolunda - SON DURUM

"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana yay transfer pəncərəsində İngiltərə nəhəngini tərk edib İspaniya La Liqa klublardan birinə keçə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "İndykaila" yayıb. 

Mənbənin məlumatına görə, "Betis" 29 yaşlı qolkiperi almaq istəyir. Sözügedən klubun rəhbərliyi bu mövsüm MY-də hələ meydana çıxmayan afrikalının icarəsi ilə bağlı "qırmızı şeytanlar"la razılığa gəlmək niyyətindədir. 

İtaliya mətbuatı isə "İnter"in Onananı geri qaytarmaq istədiyini iddia edir. 

Xatırladaq ki, Andre Onana ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionatında 34 oyun keçirib, onun doqquzunda qapısını toxunulmaz saxlaya bilib.

Mirağa

Избранный
8
fanat.az

1Источники