RU

Respublika Velotreki idman kompleksində təmir işləri BAŞLADI

Respublika Velotreki idman kompleksi yenilənəcək.

News24.az xəbər verir ki, artıq idman kompleksində təmir-bərpa işlərinə başlanılıb. 

Yenilənmə çərçivəsində həm daxili, həm də xarici hissədə abadlaşdırma, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi, tamaşaçı yerlərinin təkmilləşdirilməsi və idmançıların rahat fəaliyyəti üçün müasir şəraitin yaradılması nəzərdə tutulur.

Məlumata görə, təmir işlərinin oktyabr ayına qədər başa çatdırılması planlaşdırılır.

Aqil Qarayev

Избранный
47
1
news24.az

2Источники