Respublika Velotreki idman kompleksi yenilənəcək.
News24.az xəbər verir ki, artıq idman kompleksində təmir-bərpa işlərinə başlanılıb.
Yenilənmə çərçivəsində həm daxili, həm də xarici hissədə abadlaşdırma, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi, tamaşaçı yerlərinin təkmilləşdirilməsi və idmançıların rahat fəaliyyəti üçün müasir şəraitin yaradılması nəzərdə tutulur.
Məlumata görə, təmir işlərinin oktyabr ayına qədər başa çatdırılması planlaşdırılır.
Aqil Qarayev