RU

Şəkər ixracının həcmində 66 faizdən çox artım qeydə alınıb

2025-ci ilin yanvar-iyul aylarında ölkədən 30,6 milyon dollar dəyərində 43 min tondan çox şəkər ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə ixracın dəyəri 55,14 faiz və ya 10,8 milyon dollar, həcmi isə 66,58 faiz və ya 10,8 min ton artıb.

Cari ilin ilk 7 ayı ərzində şəkərin ümumi ixracda xüsusi çəkisi 0,20 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,46 faizə bərabər olub.

Избранный
32
vergiler.az

1Источники