RU

“Politico”dan şok proqnoz: Tezliklə bu ölkələr arasında müharibə olacaq!

Amerikanın nüfuzlu “Politico” nəşri dünya ictimaiyyətində rezonans doğuran təhlil dərc edib.
 
NOCOMMENT.az xəbər verir ki, məqalədə qarşıdakı beş ildə bir sıra bölgələrdə baş verə biləcək hərbi münaqişələrin qlobal təhlükəsizlik sistemini sarsıda biləcəyi qeyd edilib.
 
Analitiklərin fikrincə, müasir texnologiyalar, dronlar, avtonom silah sistemləri və kibertəhlükələr qarşıdurmaların qəfil və nəzarətsiz şəkildə başlaması riskini artırır.
Baltikyanı ölkələrdə təhlükəli ssenari
Məqalənin girişində Baltik regionu ilə bağlı nəzərdə tutulan ssenari diqqət çəkir. 2027-ci ilin martında Moskva–Kalininqrad qatarı Litvada elektrik kəsintisinə görə dayanır. Bundan sonra Kalininqrad rəhbərliyi “qida yardımı” bəhanəsi ilə xüsusi təyinatlı qüvvələri Litvaya göndərir və qısa müddətdə silahlı insident yaşanır. Nəticədə Rusiya qoşunları “xilasetmə əməliyyatı” adı ilə Litvaya daxil olur, NATO və ABŞ-a isə təcili yardım çağırışları edilir.
“Politico” yazır ki, bu ssenari hələlik uydurmadır, lakin tamamilə real görünür. Çünki Baltikyanı ölkələr həm Rusiya üçün strateji hədəfdir, həm də NATO-nun ən zəif nöqtəsi hesab olunur.
 
Hindistan – Pakistan
Kəşmirdəki terror aktı səbəbindən iki ölkə arasında artıq raket zərbələri mübadiləsi baş verib. Hər iki dövlətin nüvə arsenalına malik olması insidenti regional fəlakətə çevirə bilər.
Çin – Tayvan
Si Cinpin Tayvanın birləşdirilməsini əsas siyasi məqsədi sayır. 2027-ci ilə qədər Çin güc tətbiqinə əl atarsa, ABŞ və onun Asiya-Sakit okean alyansları ciddi sınaqla üzləşəcək.
Rusiya – Baltikyanı ölkələr
Kremlin hibrid əməliyyatlara, kiberhücumlara və təxribatlara əl atması NATO-nun birliyini sınağa çəkə bilər. Bu isə sürətlə NATO–Rusiya müharibəsinə çevrilə bilər.
Hindistan – Çin
Himalay sərhəd mübahisələri illərdir davam edir. 2020-ci ildə toqquşmalar onlarla hərbçinin ölümü ilə nəticələnmişdi. Yeni insident genişmiqyaslı müharibəyə səbəb ola bilər.
Koreya yarımadası
Şimali Koreyanın nüvə proqramı, iqtisadi böhran və ABŞ-ın regiondakı rolunun zəifləməsi vəziyyəti daha da təhlükəli edir.
Qlobal nəticələr
“Politico” xəbərdarlıq edir ki, belə müharibələr iqtisadi böhran, beynəlxalq ticarət yollarının iflici və nüvə silahı təhlükəsi ilə nəticələnə bilər. ABŞ-ın əvvəlki kimi sabitlik qarantı rolunu itirməsi isə dünyanı daha da təlatümlü vəziyyətə sala bilər.\\Bakupost.az
Избранный
18
1
nocomment.az

2Источники