RU

Xalqımız Qalib Prezidentinə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq

Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Hansı sahəyə nəzər salsaq bu reallıqların diktə etdiyi yenilikləri, təkmilləşməni görürük. Bu gün ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu, eyni zamanda, milyonların sevgisini, xalqın inamını və etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi. Növbədənkənar prezident seçkilərini, cənab İlham Əliyevin yekdilliklə Prezidentliyə namizəd irəli sürülməsini şərtləndirən amillər, təbii ki, bugünkü reallıqlarımızdır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını uğurla həyata keçirir. Sözügedən konsepsiyaya uyğun olaraq iqtisadi tərəqqi hər bir inkişafın əsası kimi dəyərləndirilərək bu sahədə biri-birindən əhəmiyyətli addımlar atılır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Məhz bütün bunların sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı, arzuolunan tərəfdaş kimi böyük nüfuz sahibi olub. Eyni zamanda, Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. 

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin müdrik şəxsiyyət kimi təqdimatını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, Vətən və xalq sevgisi tamamlayır. Xalqımız dünyanın ən xoşbəxt xalqıdır ki, Azərbaycan müasir tarixinin çox qısa bir zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında  öz müstəqil dövlətini qurdu və bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin parlaq Liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil ölkəmizin firavan gələcəyinə uzanan Zəfər yolunu inamla davam etdirir.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın, onun Liderinin prinsipial mövqeyinin bir daha şahidinə çevrildi. Dünya ictimaiyyəti bir daha belə bir reallığın şahidi oldu ki, 30 il davam edən  işğal dövründə güclənən, qüdrətlənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. 

Vüqar Rəhimzadə bildirib ki, şübhəsiz, 20 ilin uğurlarını, cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amilləri bir açıqlama çərçivəsində tam şəkildə əhatə etmək mümkün deyil. Bu baxımdan ki, onların miqyası o qədər genişdir ki, sadalamaqla bitməz.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə 2018-ci il prezident seçkilərindən sonrakı dövrün hədəflərinin reallığa çevrildiyi bir daha təsdiqlənir. Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində yenidən Qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Novbəti mərhələ Böyük Qayıdış Proqramının uğurla başa çatması, həmçinin Qərbi Azərbaycana qayıdışımızla çoxəsrlik tariximizə yeni Zəfər salnaməsi kimi yazılacaq.


Telegram kanalımız
Избранный
749
41
yenisabah.az

10Источники