RU

Azərbaycanda süni intellekt əsaslı “robot repetitor” hazırlanır


Hazırda İdarəetmə Sistemləri İnstitutunda üzərində çalışılan ən mühüm layihələrdən biri süni intellekt əsaslı “robot repetitor” sisteminin hazırlanmasıdır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov deyib.

O bildirib ki, bu sistem Azərbaycan dilində həm anlayış, həm də cavab vermə qabiliyyətinə malik olacaq:

“Məqsəd repetitorluğa imkanı olmayan abituriyentlərə əlçatan və keyfiyyətli təhsil dəstəyi təqdim etməkdir. Sistem vasitəsilə şagirdlər tarix, coğrafiya, riyaziyyat kimi fənlər üzrə virtual müəllimlərlə interaktiv şəkildə öyrənə biləcəklər”.

Onun sözlərinə görə, layihənin reallaşması üçün əsas ehtiyac məlumat bazalarına çıxışdır.

"Əgər bu təmin olunarsa, sistem 7-8 aya istifadəyə hazır ola bilər. Layihə üzrə əməkdaşlıq üçün Dövlət İmtahan Mərkəzi ilə danışıqlar aparılır. Bu sistem Azərbaycanda süni intellektin təhsildə tətbiqi sahəsində mühüm dönüş nöqtəsi ola bilər”.

O əlavə edib ki, İdarəetmə Sistemləri İnstitutunda süni intellekt sahəsində son dövrlərdə bir sıra əhəmiyyətli tədqiqatlar aparılır:

"Tədqiqatlar, əsasən, üç istiqamət üzrə cəmlənib: intellektual qərar qəbuletmə, obrazların tanınması və dil texnologiyaları.

İnstitutun tədqiqatçıları Azərbaycan dilində ilk dil modelini yaradıb. Bu model qlobal miqyasda mövcud olan böyük dil modelləri ilə ölçülə bilməsə də, sırf Azərbaycan dili üçün optimallaşdırılıb və bu dildə olan problemlərin həllinə yönəlib. Bu modelin ilkin tətbiqi sahələri arasında çağrı mərkəzləri üçün virtual assistentlər də yer alır".

Избранный
70
5
baki-xeber.com

6Источники