RU

Bu ilin I yarımilində Bakının restoran biznesində ən çox gəlir əldə edən rayonları - CƏDVƏL

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15.7 faiz artaraq 864,3 milyon manat olub.

FED.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Restoran dövriyyəsinin həcminə görə ən yüksək göstərici paytaxtın Səbail rayonunda qeydə alınıb. Burada restoranların dövriyyəsi 294 milyon 355,4 min manat təşkil edib. Bu rəqəm, digər bütün rayonların göstəricilərini ciddi şəkildə üstələyir.

Siyahının ən aşağı pilləsində isə 4 milyon 520,3 min manatla Pirallahı rayonudur.

Səbail rayonunun mütləq liderliyindən sonra dövriyyə həcminə görə növbəti yerləri paytaxtın digər mərkəzi və sıx məskunlaşmış rayonları tutur:

  • Nərimanov rayonu: 127 milyon 786,3 min manat

  • Nəsimi rayonu: 90 milyon 862,7 min manat

  • Yasamal rayonu: 85 milyon 420,7 min manat

Cədvəlin son pillələrində, Pirallahı rayonu ilə yanaşı, aşağıdakı rayonlar da yer alır:

Suraxanı rayonu: 14 milyon 730,3 min manat

Sabunçu rayonu: 22 milyon 768,8 min manat

Qaradağ rayonu: 24 milyon 868,6 min manat

Dövriyyə həcmi ilə yanaşı, əvvəlki dövrlə müqayisədə artım faizləri də diqqət çəkir. Bu sahədə ən yüksək artım Nərimanov rayonunda qeydə alınıb (+31,5%). Sürətli artım göstərən digər rayonlar Sabunçu (+21,5%) və Nizami (+19,4%) rayonlarıdır.

Əksinə, ən zəif dinamika Suraxanı rayonunda müşahidə olunub. Bu, dövriyyəsi azalan yeganə rayondur (-9,1%). Ən aşağı müsbət artım isə cəmi 0,6% ilə Nəsimi rayonunda qeydə alınıb.

 

S/n

 

Bakının rayonları

Restoranların dövriyyəsi, min manatla

İllik müqayisə (faizlə)

1

Səbail rayonu

294 355,4

+17,7%

2

Nərimanov rayonu

127 786,3

+31,5%

3

Nəsimi rayonu

90 862,7

+0,6%

4

Yasamal rayonu

85 420,7

+12,7%

5

Xətai rayonu

71 006,4

+17%

6

Nizami rayonu

50 874,8

+19,4%

7

Binəqədi rayonu

43 795,3

+10,8%

8

Xəzər rayonu

33 272,9

+6,6%

9

Qaradağ rayonu

24 868,6

+19,4%

10

Sabunçu rayonu

22 768,8

+21,5%

11

Suraxanı rayonu

14 730,3

-9,1%

12

Pirallahı rayonu

4 520,3

+4,6%

Избранный
22
26
fed.az

10Источники