RU

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı artdı

Azərbaycanda 7 min 427 xarici vətəndaş ötən tədris ilində bakalavr və magistratura pilləsi üzrə qəbul olunub.

News24.az xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə əks olunub.

Belə ki, bu rəqəm 2023-2024-cü ildə 6 min 680, 2020-2021-ci tədris ilində 5 min 256 nəfər olub.

Ali təhsilin sözügedən pillələri üzrə Azərbaycanı seçən 7 min 427 tələbənin 1175-i MDB ölkələrindən, 6 min 297-si digər ölkələrdəndir.

MDB ölkələri içərisində 794 nəfər Rusiyadan, Türkmənistandan 107 nəfər, Qazaxıstandan 70 nəfər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul olub.

Həmçinin Ukraynadan 57 nəfər bakalavr və magistratura pilləsi üzrə Azərbaycanda təhsil alıb.

Bundan başqa, ötən tədris ilində Türkiyədən 3477, İrandan 942 nəfər, Gürcüstandan 668 nəfər, Hindistandan 305, Pakistandan 180, Suriyadan 148 nəfər Azərbaycan ali təhsil müəssisələrinə qəbul olub.

Məlumatda qeyd olunub ki, Anqola, Estoniya, Eritreya, İsveç, Kolumbiya, Kamerun, Koreya, Küveyt, Tanzaniya, Yaponiyadan hər biri ayrılıqda 1 nəfər Azərbaycanda təhsil almağı seçib.

Избранный
66
14
news24.az

10Источники