RU

Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?

Azərbaycanda 2023/2024-cü tədris ilində 7 427 xarici vətəndaş bakalavr və magistratura pilləsi üzrə ali məktəblərə qəbul olunub, bu barədə Elm və Təhsil Nazirliyinin açıqladığı hesabatda qeyd olunub.

Bu göstərici 2022/2023-cü ildə 6 680, 2020/2021-ci ildə isə 5 256 nəfər olub. Qəbul edilənlərin 1 175-i MDB ölkələrindən, 6 297-si isə digər ölkələrdəndir.

Ən çox tələbə Türkiyədən (3 477), İrandan (942), Gürcüstandan (668), Hindistandan (305) və Pakistandan (180) gəlib. MDB ölkələri arasında isə Rusiyadan 794, Türkmənistandan 107, Qazaxıstandan 70, Ukraynadan 57 nəfər qəbul olunub.

Gülnar

Избранный
20
2
anews.az

10Источники