RU

55 yaşlı tələbə oldu: "Düşündüm ki..."

Bu il də ali məktəblərə qəbul imtahanlarında iştirak edən və uğur qazananlar içərisində müxtəlif yaş kateqoriyalarında insanlar var. Dövlət İmtahan Mərkəzindən bildiirlib ki, 2025-2026-cı illərdə universitetə daxil olan abituriyentlər arasında ən yaşlısının 55 yaşı var.

Vəfa Cəfərova 21 mart 1970-ci il təvəllüdlü Vəfa Cəfərova ali təhsil almaq arzusunu reallaşdıraraq tələbə adını qazanıb. O, subbakalavr kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Modern.az 55 yaşında tələbə adını qazanan Vəfa Cəfərova ilə həmsöhbət olub. O bildirib ki, bu ilk təhsili deyil. Daha əvvəl 1987-ci ildə Bakı İnşaat Texnikumuna qəbul olub.

"2019-cu ildə isə Azərbaycan Neft və Sənaye Universitetinə (ADNSU) qəbul olunsam da, həmin il Elm və Təhsil Nazirliyi tərəfindən qəbul olduğum ixtisas təsdiq olunmadı, ADNSU-dan 2024-cü ildə subbakalavr olmaq üçün Neft Kollecinə göndərilmişəm. Keçən il Azərbaycanda olmadığım üçün sənədlərimi verə, bu səbəbdən universitetə daxil ola bilmədim. Bu il sənədlərimi verdikdə düşündüm ki, nəhayət bu il universitet tələbəsi olmalıyam, başqa yolum yoxdur". 

V. Cəfərova bildirib ki, universitetə bu yaşda daxil olmağının əsas səbəbi oxumağı sevməyidir. 

"Hazırda Azəriqaz İstehsalat Birliyində mühəndis kimi işləyirəm. Həm oxumaq, həm də işləməyin çətin olduğunu bilirəm, amma çalışacam ki, bunu da bacarım". 

Избранный
66
12
hit.az

10Источники