RU

Laçında "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası" mövzusunda panel müzakirə keçirilib

Laçında "Mədəni və yaradıcı sənayelərdə gənclər dalğası" mövzusunda panel müzakirə keçirilib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, builki Şəhər Günü Laçın üçün xüsusilə əlamətdardır, çünki MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın bu il "MDB-nin mədəniyyət paytaxtı" missiyasını daşıyır.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradıldığını bildirib. Qeyd olunub ki, Azərbaycanda mədəniyyət və yaradıcı sənayelərin inkişafı da diqqətdə saxlanılır və gənclərin bu sahədə fəaliyyətinə dəstək verilir.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə və başqaları çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasəti haqqında danışıblar.

Daha sonra tədbir diskussiya şəklində davam edib. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın gənclər təşkilatlarının nümayəndələri təmsil etdikləri ölkələrdə bu sahədə reallaşdırılan layihələrdən söz açıblar.

Laçın Şəhəri Günü bu il üçüncü dəfədir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilir. Bu münasibətlə Laçın "MDB ölkələrinin Gənclər Düşərgəsi" və "MDB ölkələrinin Beynəlxalq Kino Günləri"nə ev sahibliyi edir.

Hər iki layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, MDB üzrə Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) birgə təşkilatçılığı ilə reallaşır.

Qeyd edək ki, Laçın Şəhəri Günü ilə bağlı bu axşam Həkəri çayının sahilində qurulmuş səhnədə Azərbaycanın tanınmış incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq.

Избранный
31
15
far.az

10Источники