Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Bakıvaxtı.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən xilasetmə tədbiri nəticəsində 6-sı uşaq olmaqla 15 nəfərə müvafiq köməklik göstərilib.