RU

Polis əməliyyatları nəticəsində 90 nəfər saxlanılıb

Avqustun 25-də ölkə ərazisində 21, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.

Doğru.az xəbər verir ki, polis əməkdaşları ümumilikdə 90 şəxsi – o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfəri – aidiyyəti üzrə təhvil verib.

Narkotiklərlə bağlı 8, qanunsuz silah-sursatla bağlı 6 fakt aşkar olunub. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Həmçinin, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edən və itkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılıb, dələduzluqda şübhəli bilinən 10 nəfər isə istintaqa təhvil verilib.

DOĞRU.AZ

Избранный
45
4
dogru.az

10Источники