Ajans.az Haber Global-a istinadən xəbər verir ki,mütəxəssislər uzun müddət xidmət etmiş kadrların itirilməsinin texniki biliklərdə və davam edən layihələrdə boşluq yaratdığını vurğulayırlar. NASA daxilindəki iğtişaşları göstərən “Voyager Bəyannaməsi” məktubunda işçilər “qorxuya əsaslanan mədəniyyət” və “ixtiyari dəyişikliklər” səbəbindən missiya və astronavt təhlükəsizliyinin risk altında olduğunu bildiriblər. Ekspertlər qeyd edirlər ki, bu ixtisarlar yalnız inzibati və iqtisadi düzəliş kimi təqdim olunsa da, əslində agentliyin institusional yaddaşını və uzunmüddətli missiyaların davamlılığını sarsıdan ciddi böhranın göstəricisidir.