RU

Sabah bu ərazilərdə yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +27 dərəcədən +30 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +26 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək, dağlarda gecə +15 dərəcədən +20 dərəcəyədək, gündüz +25 dərəcədən +30 dərəcəyədək olacaq.

Избранный
106
49
ekologiya.az

10Источники