RU

Bir gecədə 13 villanı qarət etdi: Fantomas ləqəbli oğru 3 aya tutuldu

ain.az, Lent az saytına istinadən bildirir.

Bu ilin yazında Rumıniyanın Popeşti-Leorden şəhərində polis bir sıra oğurluq halları ilə üzləşib. Həmin vaxt cinayətkar bir gecədə azı 13 villaya girib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, müşahidə kameralarının görüntülərində görünür ki, oğru asanlıqla hasarların üzərindən tullanır və inanılmaz sürətlə qaçır. Evlərə daxil olanda isə qapıları tornavida ilə sındıraraq, yalnız pul, saat və zinət əşyalarını aparıb.

Gücləndirilmiş patrullara baxmayaraq, oğru ertəsi gün yenidən eyni əraziyə qayıdıb. Kameralar onun velosipedlə polis ekipajının qarşısından keçdiyini qeydə alıb. Maska, əlcək, qara geyim və idman ayaqqabısına görə ona “Fantomas” ləqəbi verilib.

İyul ayında cinayətkar yenidən ortaya çıxıb, bu dəfə isə Buxarestdə. 26 iyul gecəsi o, Georgi İonesku-Şişeşti şosesində yerləşən bir evə girərək 700 rumın leyi oğurlayıb. Həmin gecə o, daha iki qonşu evə də daxil olub, lakin heç nə apara bilməyib.

Polislər cinayətkarın əcnəbi ola biləcəyindən şübhələniblər. Sonradan məlum olub ki, bu şəxs Moldova vətəndaşı Yuri Vilkovdur və o, yalnız Rumıniyada deyil, həm də Bolqarıstanda oğurluqlar edib.

Müəyyən edilib ki, Buxarestdə ki cinayətləri zamanı o, Kalya Vitan küçəsindəki oteldə qalırmış.

Avqustun 3-də 5-ci sektor polis əməkdaşları 11-ci sektor üzrə həmkarlarından Vilkovun həmin otelə yerləşdiyi barədə məlumat alıblar. Oğru saxlanılıb və 24 saatlıq nəzarətə götürülüb. Ertəsi gün isə ona ilkin həbs-qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
lent.az

1Источники