RU

Xocavənd və Ağdərədəki yanğının söndürülməsinə helikopter cəlb edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

 

 

Избранный
31
32
adalet.az

10Источники