RU

Serbiyalı futbolçu İtaliya klubunda

Serbiyalı yarımmüdafiəçi Nemanya Matiç karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı futbolçu “Sassuolo” ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Müqavilədə əlavə şərtlər də nəzərdə tutulub.

Əgər onlar yerinə yetirilsə, tərəflərin əməkdaşlığı daha bir mövsüm uzadılacaq.

Təcrübəli yarımmüdafiəçi son iki mövsümü Fransa təmsilçisi “Lion”da keçirib.

Matiç karyerası ərzində həm də “Çelsi” və “Mançester Yunayted” kimi nəhəng klubların formasını geyinib.

 

Избранный
6
1
idmanxeber.az

2Источники