
"İmzalanmış Birgə Bəyannamə Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasının əhəmiyyətini təsbit edir".
Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, layihənin ölkəmiz üçün strateji önəm kəsb edən hissəsi Naxçıvana maneəsiz hərəkətinin təminidir: “Yeni dəhlizin açılması buna xidmət edəcək. Avropa və Asiya arasında mühüm əhəmiyyətə malik olan Zəngəzurdan keçən yeni dəhliz iqtisadiyyatın artmasına təkan verəcək. Dəhliz sadəcə, infrastruktur layihəsi deyil. Bu dəhliz mövcud marşrutlara alternativ olaraq daha çox ötürücülük qabiliyyətinə malik olacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma imkanları ildə 5 milyon tona qədər artırılıb”.
Baş nazirin müavini qeyd edib ki, kommunikasiyaların açılması regionda tarixi fürsətdir: “Vaşinqtonda imzalanmış sənədlərin reallaşdırılması təkcə kommunikasiyaların açılmasını deyil, bölgəmizdə dövlətlər arasında etimadı təmin edəc