RU

Rusiyada Baş prokurorluq məşhur “Yaşkino” brendlərinin sahibi ekstremist elan olunur

Rusiya Baş Prokurorluğu biznesmen Denis Ştengelovun ekstremist kimi tanınması tələbi ilə Moskvanın Tver məhkəməsinə iddia qaldırıb.

Referans  xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.

Denis Ştengelov – supermarketlər şəbəkəsi “Yarçe!” və qida holdinqi KDV Groupun əsas sahibidir. Holdinqin istehsal etdiyi məşhur brendlərə “Kiriyeşki”, “Tri koroçki”, “Xrustyaşiy kartofel”, “Yaşkino” və “Babkinı semeçki” daxildir.

Biznesmen əvvəllər 2018-ci ildə baş vermiş dəhşətli yanğınla yadda qalan Kemerovodakı “Zimnyaya Vişnya” ticarət mərkəzinin də səhmdarlarından biri olub. Həmin faciədə 60 nəfər həyatını itirmişdi.

Hazırda Ştengelov Avstraliyada yaşayır. Forbes-un məlumatına görə, o, Rusiyanın ən zəngin 98-ci adamıdır və sərvəti 1,4 milyard dollar dəyərində qiymətləndirilir.

Baş Prokurorluq yalnız Denis Ştengelovu deyil, onun atasını – Nikolay Ştengelovu da ekstremist elan etməyi tələb edir. KİV-in məlumatına görə, o, 20 ildir Ukraynada yaşayır, bir sıra şirkətlərin qurucusudur və Zaporojye vilayətində rayon şurasının deputatı olub./Musavat.com

Избранный
7
referans.az

1Источники